Bu xəmir çox su aparacaq. Türklər demişkən vəziyyəti kötü olan Ermənistan iqtidarı ölkəni tərk edib gedən vətəndaşlarının qarşısını ala bilməyəcək. Son hadisələrdən sonra mövcud hakimiyyətin yarıtmazlığı ilə barışmayan ermənilərin xarici ölkələrə axını daha da çoxalacaq. Azərbaycanda isə ruhu oyanan, qanı coşan insanların Qarabağa gedən yollarda qarşısı alınmaz olacaq. Bunun da nəticəsi hamıya gün kimi aydındı.
Hazırda çıxılmaz vəziyyətə düşən Ermənistan iqtidarı çaş-baş vəziyyətdə qalıb. Əlinə məcburi silah verib səngərə göndərdiyi əsgərinin ölümünü xalqdan gizlətməyə çalışır. Ölüsünü gizlətmək istəyən millətdən nə gözləyəsən? Əgər millət demək olarsa. Tutaq ki, bu carəsiz əsgəri aparıb gizlincə basdırdılar. Bəs onu basdırandan sonra vurduqları iki yüz qram arağın iyini necə gizlədəcəklər. Hələ ağlaşa-ağlaşa mahnı oxumaqlarını demirəm.
Qorxu pis şeydir. Cəbhədəki vəziyyətlə, itkilərlə bağlı Ermənistan rəhbərliyinin vətəndaşlarına verdikləri yalnış məlumatların başında da elə bu qorxu dayanır. Kürsü itirmək, daş-qalaq olunmaq qorxusu.
Bu arada prezidentlərin görüşü ilə bağlı jurnalistlərə açıqlama verən, ayağı düşərli olmayan Ermənistanın baş naziri Ovik Abramyan Soçidə keçiriləcək görüşdə əhəmiyyəli danışıqların əldə olunacağına ümid etdiyini söyləyib. Maraqlıdır, görəsən baş nazir nəyə ümid edir? Yəqin ümid edir ki, bəzəyib-düzəyib görüşə göndərdikləri Serj Sarkisyan bu dəfə başıqapazlı geri dönməyəcək. Əgər baş nazir belə düşünürsə onun siyasəti yeməkdənsə ümid yaxşıdır prinsipinə daha çox uyğun gəlir.
Amma bu gedişlə prezidentlərin görüşü öz farmatını, məzmununu və məkanını dəyişəcək. Yəqin ki, çox yaxın bir gələcəkdə bu görüş Xankəndində baş tutacaq. Ancaq bu dəfə görüşə gələnlərin statusu fərqli olacaq. Azərbaycanın prezidenti İlham Əliyev Azərbaycan Respublikasının vətəndaşı, Xankəndi sakini cinayətkar Serj Sarkisyanın əfv xahişini müzakirəyə çıxaracaq. Qarabağ münaqişəsinin sonluğu belə yekunlaşacaq.
Torpaq halalıq sevir və haram insanları qəbul etmir. Torpaq xəyanətkarı sevmir, o öz sahibinə, onu sevənlərə və onu kişi kimi qoruyanlara halallıq verir. Bu halallıq isə Azərbaycan xalqının haqqıdır. Bu həqiqət ermənilərə də bəllidir. Amma bu bəllilik faydasızdır. Çünki onlar mövcud olduqları gündən haramla, əl açmaqla, onun-bunun torpağına göz dikməklə yaşayıblar. Bu onların qanından, kökündən gəlir. Başqasının hesabına yaşamaq, yediyi boşqaba tüpürmək, xəyanətkarlıq ermənilərdə xroniki xəstəlikdir. Əgər dəqiq diaqnoz olunarsa bu xəstəliyin adı bədxassəli şişdir. Müalicəsi mümkün olmayan, sonu ölümlə nəticələnən xəstəlik.
Bir məsəl var, deyirlər keçinin başı qaşınanda buynuzunu çomağa sürtür. Çomaq sahibinin də xasiyyətini Allah kəsməsin, səbri tükənəndə çox sərt olur. Keçini bir dəfə qovalayır, iki dəfə, üç dəfə, dördüncü dəfə keçini o dünyalıq edir. Anlaşılan məsələdir ki, keçi heyvandır, qanmazdır, başa düşmür. Bəs bu ermənilərə nə düşüb? Olmaya onlar da elə... Nə isə...
İlham Cəmiloğlu