Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 6-da hava əsasən yağmursuz olacaq, qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-39 dərəcə, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.
Avqustun 6-dan 10-na kimi Bakıda və Abşeron yarımadasında hava küləkli olacaq.
Modern.az