Modern.az

Məhkəmə Arif Yunusun həbs olunması haqqında qərar çıxartdı - YENİLƏNİB

Məhkəmə Arif Yunusun həbs olunması haqqında qərar çıxartdı - YENİLƏNİB

5 Avqust 2014, 16:30

Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan həyat yoldaşı Leyla Yunusun yanına gedərkən saxlanılıb.

Modern.az-ın məlumatına görə, vəkil Xalid Bağırov "Turan"a bildirib ki, öncə A.Yunusu Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparıblar. Sonra vəkilə bildirilib ki, A.Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranskinin yanına aparılıb.

Vəkil A.Yunusun da həbs olunacağından ehtiyat etdiyini bildirib.

Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 2014-cü il, 30 iyul tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib. Arif Yunus səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

***

Son məlumata görə, Arif Yunus barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıb.

***

Vəkil Xalid Bağırov bildirib ki, Nəsimi Rayon Məhkəməsində Arif Yunusun həbs edilməsi barədə Prokurorluğun təqdimatına baxılıb.

Məhkəmə Arif Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu