Modern.az saytı xəbər ki, avqustun 5-də saat 12:49-da Zaqatala rayonundan 22 km cənub-qərbdə zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat daxil olub. Məlumata əsasən, 5 avqust 2014-cü il tarixində saat 12:49-da Zaqatala rayonundan 22 km cənub-qərbdə zəlzələ qeydə alınıb. Episentrdə zəlzələ 3 bal olub. Zəlzələ Zaqatala rayonunda və zəlzələ ocağına yaxın yaşayış məntəqələrində 3 bala yaxın hiss olunub. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.
Gülşən RAUFQIZI