“Biz yazıçılar hər zaman əsgərlərimizə ordumuza mənəvi - psixoloji dəstək verməyə hazırıq. O qədər vətənpərvərlik haqqında şerlər yazmışıq bəs bunlar psixoloji dəstək deyil?! Mən çox demişəm indi də təklif kimi deyirəm: Müdafiə Nazirliyi hərbi vətənpərvərlik mahnı müsabiqəsi təşkil etməlidir”. Bunu Modern. az-a açıqlamasında şair Vahid Əziz bildirib. Son zamanlar cəbhədə yaşananlara münasibət bildirərkən V. Əziz Müdafiə Nazirliyinə öz təklifini də verdi:
“Müdafiə Nazirliyi hərbi vətənpərvərlik mahnı müsabiqəsi təşkil etməlidir. Bizim yazdığımız vətənpərvərlik şerlərinə bəstələnən mahnılar əsgərlərə çatdırılmalıdır. Biz görsək ki, onlar bizim yazdıqlarımıza bəstələnən vətənpərvərlik mahnıları oxuyurlar bu bizim üçün də xoş olar .” şəhərdə o qədər lazımsız reklamlar var ki, adam heç baxmaq da istəmir. Onun yerinə bir əsgər şəkli bir döyüş epizodunu əks edən lövhə asılsa daha yaxşı olar. Müharibə şəraitində yaşayan ölkə üçün bu daha vacibdir”.
Elmin Nuri