Türkdilli Gənclər Birliyi "Hər bir manat, bir güllədir" devizi ilə kampaniyaya start verib. Birlik bununla bağlı gənclərə və ictimaiyyət nümayəndələrinə müraciət edib.
Müraciətdə bildirilir ki, son günlər düşmənlə təmas xəttindəki hadisələrlə düşmənin təxribatları ilə bağlı, ölkə ictimaiyyəti haqlı olaraq düşmənə emosional etirazını bildirir, ordumuzun əsgərimizin dövlətimizin yanında olduğunu bir daha ifadə edir.
“Bu ölkəmizdəki milli birliyin ifadə formasıdır. Hər kəs bu və ya digər formada əsgərlərimizin yanında olduğunu ifadə edir. Ali Baş komandanın əmrini səbirsizliklə gözləyir ki, o da əsgər olsun, vətənimizin müdafiəsinə qalxsın. Eyni zamanda biz psixoloji olaraqda bu döyüşə qoşula bilərik. Türkdilli Gənclər Birliyi həftənin birinci günündən "Hər bir manat, bir güllədir" devizi ilə kampaniya elan edir. Hər kəsi Silahlı Qüvvələrə Yardım Fonduna simvalik olaraq 1 güllə bir manat prinsipi ilə yardım etməyə dəvət edirik. Bununla əsgərimizin yanında olduğumuzu bir daha ifadə etmiş olarıq. Təbii ki Azərbaycan ordusunun bu pula ehtiyacı yoxdur. Bu bir psixoloji dəstəkdir. Nəzərə alsaq ki, sözü gedən fonda yığılan pullar sabah məhz düşmənin üzərinə güllə olaraq töküləcəkdir. O zaman siz də düşmənə güllə atmaq istəyirsizsə gəlin 1-ci gündən gedək banklara ermənilərə güllə ataq” – deyə müraciətdə bildirilir.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri aşağıdakılardır.
Bankın adı: Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı
Kod: 805584
VÖEN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944 S.W.İ.F.T Cod: IBAZAZ 2X
Benefisiarın adı: S.Q.Y.F MN VÖEN: 1300162621
Hesablaşma hesabları:
AZN AZ98IBAZ38040019449930010202
ABŞ DOLLARI AZ88IBAZ38140018409930010202
AVRO AZ68IBAZ38140019789930010202
RUSİYA RUBLU AZ08IBAZ38140018109930010202
Modern.az