Modern.az

Katolikos cəbhə olaylarına görə Allahşükür Paşazadəyə məktub yolladı

Katolikos cəbhə olaylarına görə Allahşükür Paşazadəyə məktub yolladı

5 Avqust 2014, 22:07

Bütün ermənilərin katolikosu ikinci Qaregin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadəyə cəbhədə son günlər yaşanan gərginliklə bağlı məktub yollayıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, məktubda qeyd edilir:

“Fasiləsiz atışmalar, atəşkəsin pozulmasına uzunmüddətli cəhdlər sülh prosesinə ciddi təhlükə yaradır. Biz situasiyanın gərginləşməsindən ciddi narahatıq, çünki hərbçilər həlak olurlar, cəbhə bölgəsində yaşayan əhalinin dinc yaşayışı pozulur. İnsan həyatı qiymətlidir və insan həyatına qarşı yönələn provakasiyalar yolverilməzdir. Hərbi fəaliyyət Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ ola bilməz”.

Allahşükür Paşazadəyə müraciətində Qaregin onun Azərbaycanın dini lideri kimi atəşkəs rejiminin qorunub saxlanılması üçün səylərini əsirgəməyəcəyinə ümid etdiyini də vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu