Ermənilər avqustun 4-də Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda öldürülmüş hərbçi barədə yeni məlumat və foto yayıblar.
Modern.az saytı xəbər verir ki, “news.am”ın məlumatı Ermənistan Silahlı Qüvvələrinin muzdlu hərbçisi 40 yaşlı Aram Qriqoryanla bağlıdır. Onun Azərbaycan Silahlı Qüvvələrinin snayperi tərəfindən məhv edildiyi bildirilir. Aram Qriqoryanın evli olduğu, üç uşağının yetim qaldığı qeyd edilir.
O da xəbər verilir ki, Aram Qriqoryan məşhur erməni terrorçu komandiri Monte Melkonyanın əsgərlərindən biri olub.
Azərbaycanlılara qarşı döyüşlərə rəhbərlik etmiş Monte Melkonyan dünya ermənilərinin qəhrəmanı və qürur mənbəyi idi. O, 1993-cü ilin iyun ayında Azərbaycan döyüşçüləri tərəfindən məhv edilib.
A.Qorxmaz