Azərbaycanda vərəsəliklə bağlı çox zaman bəzi problemlər yaşanır. Hətta çox vaxt bu məsələ yaxın qohumları, bir ailənin üzvlərini bir-birinə düşmən də edir. Öz mülkünü övladlarının birinə vəsiyyət edən şəxsin digər övladları arasında sonradan mübahisə yaranır.
“Dünyasını dəyişən insan şəxsi mülkünü bir övladına vəsiyyət etsə də, o paydan bütün övladlara düşür. Hətta onun mülkü arvadı və atası-anası arasında da bölünə bilər”.
Bunu Modern.az-a vərəsəlik hüququ ilə bağlı danışan Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi İsrafil Əlili deyib.
“Cəmiyyətdə çox vaxt belə bir fikir də var ki, evdə kim yaşayırsa və kommunal xərcləri ödəyirsə, ev ona məxsus olmalıdır. Hazırda Azərbaycanın hüquq qanunlarında belə müddəa yoxdur. Qanun 30 ildən sonra yenilənir. 1999-cu il sentyabrın 1-də qəbul olunan qanun 2030-cu ildən sonra yeniləcək. Bəlkə də bu təkliflərə və iradlara baxılacaq, dövlət uyğun görsə bu qaydalar tətbiq olunacaq”.
Məltəm Talıbzadə