“Benzinin bahalaşması nəğd pulun aktivləşməsi ilə bağlıdır”. Bunu Modern.az-a benzinin bahalaşmasından danışarkən millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, benzinin qiymətində o qədər də artım hiss olunmur.
“Bu proses sakit keçirildi. Bu gözlənilən hal idi. Dünyada gedən siyasi proseslər, müharibələr dünya bazarında neftin qiymətinə öz təsirini göstərdi. Bu sahədə ciddi probler yarandı”.
V. Əhmədovun sözlərinə görə, bu addım əvvəlcədən proqnozlaşdırılmışdı. Qiyməti qalıxan “Premium” markalı benzin xaricdən idxal olunur.
Avqustun 6-dan ölkənin bir sıra yanacaqdoldurma məntəqələrində "Premium" (Aİ-95) markalı benzinin qiyməti 93 qəpikdən 97 qəpiyədək artıb.
Məltəm Talıbzadə