Modern.az

Ekspert: “Sərkisyanla Əliyevin görüşünün nəticəsi olmayacaq”

Ekspert: “Sərkisyanla Əliyevin görüşünün nəticəsi olmayacaq”

6 Avqust 2014, 12:13

Dağlıq Qarabağda müharibənin tez, yaxud gec yenidən başlaması qaçılmazdır: Ermənistanla Azərbaycan arasında cəbhə xətti var, həmin cəbhə xəttində istənilən an müharibə başlaya bilər. Modern.az xəbər verir ki, bunu Ermənistan KİV-nə rusiyalı politoloq Aleksandr Xramçixin qoşunların təmas xəttində baş verənləri şərh  edərkən deyib.

Onun sözlərinə görə, münaqişə zonasında situasiyanın gərginləşməsi səbəbindən Ermənistan və Azərbaycanın sülhməramlı qüvvələri dəvət etməsi az inandırıcıdır:  “Onların razılığı olmadan heç bir sülhməramlı kontingentdən söhbət gedə bilməz”. Ermənistan və Azərbaycan prezidentləri Serj Sərkisyanla İlham Əliyevin avqustun  8-9-da Soçidə mümkün görüşünə gəldikdə, Xramçixin deyib ki, bu görüşdən heç nə gözləmir: “Düşünürəm ki, bu da əvvəlki görüşlər kimi olacaq, yəni nəticəsiz başa  çatacaq”.   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza