Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkilərində baş nazir Rəcəb Tayyib Ərdoğanın seçiləcəyi təqdirdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri yerinə kimi gələcəyi də uzun müddətdir müzakirə olunur. Bəzi ekspertlərin fikrincə, Ərdoğanın rəhbərlikdən gedişindən sonra AKP-yə elə adam lider seçilməlidir ki, partiyanın ölkə daxilindəki nüfuzu aşağı düşməsin.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazirin müavini Bülənt Arınç indiki dövlət başçısı Abdulla Gülün AKP-nin başına gəlməsinin güclü bir variant olduğunu bildirərək deyib: “Onun ola biləcəyini deyirəm. O olmasa, dünyanın sonu deyil”.
Arınç, “Star” televiziyasında canlı yayımda sualları cavablandırıb. Baş nazir Rəcəb Tayyib Ərdoğanın keçmişdə bəzi nazirlərin zəifliyi olduğuna dair açıqlaması ilə bağlı suala cavabında Arınç deyib: “ Nazirləri hədəfə alan bir çıxışını xatırlamıram. Yaxşı niyyətli demək lazımdır. Çünki qarşılaşdığımız hadisələrdə hamımız sadəlövh olduğumuzu ifadə etdik. Aldadılmış, aldadılmış və ya sadəlövhlüyümüzə verilmiş olduğunu düşündük”.
Arınç Gülün AKP-nin başına gəlməsinin bir variant olub-olmadığı sualına isə belə cavab verib: “Əlbəttə, çox güclü bir variantdır. Onun ola biləcəyini deyirəm. O olmasa, dünyanın sonu deyil. Abdullah Gül qədər və ya ən az onun qədər başqa dostlarımız da ola bilər. Bəzi məziyyətlərinı görə mən şəxsən Gül deyirəm”.
Modern.az