Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Zeynal Kərimovdan “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 11 ədəd patron götürülüb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şamaxı rayon sakini Novruz Şahməmmədov “Kartal-2003-Light” markalı qaz tapançasını, 1 ədəd patron darağını, 57 ədəd qaz patronunu və 9 ədəd 9x18 kalibrli patronları könüllü olaraq təhvil verib.
Qazax rayon Polis Şöbəsinin əməkdaşları isə Ağköynək kəndinin ərazisindən 1 ədəd “TOZ 63” markalı, 1 ədəd nömrəsiz “TOZ-8” markalı, 1 ədəd lüləsi və qundağı kəsilmiş, 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli tüfənglər, 11 ədəd alışdırıcısız qumbara, 6 ədəd qumbara alışdırıcısı, 1 ədəd mərmi və 48 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Modern.az