Modern.az

İstilər kitab mağazalarında alıcıları da buxarlandırıb

İstilər kitab mağazalarında alıcıları da buxarlandırıb

Ədəbiyyat

7 Avqust 2014, 09:56

Əvvəlcə “Qanun” nəşriyyatının Vergilər Nazirliyi ilə münaqişəsi və 150 minlik cərimə yükü, indi də nasir-publisist Zahir Əzəmət təsis etdiyi “Zero Kitab Evi”ni bağlaması kitab satışının tənəzzüldə olduğuna dəlalət edir. Xərclərini ödəyə bilməyən çökməkdə olan “Zero”nun aqibətini  digər kitab mağazaları da yaşayacaq.

Modern.az paytaxtda fəaliyyət göstərən bir çox kitab satışı obyektlərində müşahidələr aparıb. “Əli və Nino ” mağazalar şəbəkəsi payız və yaz aylarına nisbətən alıcı qıtlığı ilə üzləşib. Buna görə də müəyyən seriyaya daxil olan üç kitabı alan alıcı dördüncü kitabı cəmi on qəpiyə əldə edir. Bir şərt var ki, alınan dördüncü kitab mütləq əvvəlki üç kitabın seriyasına uyğun olmalıdır. 

“Kitab evim” mağazasında da nə qədər təəccüblü olsa da satış zəifləyib. Mağazanın məsulu Tariyel Əliyevin bildirdiyinə görə, satış səviyyəsi aşağıdır. Bunun da səbəbi tətillə bağlıdır. Mağazanın əsas alıcı kütləsi tələbə və şagirdlər olduğundan satış keyfiyyətinin sentyabr ayından etibarən qalxacağına ümid edirlər.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi