Modern.az

İŞİD Küveyti işğalla təhdid edir

İŞİD Küveyti işğalla təhdid edir

Dünya

7 Avqust 2014, 10:58


İraqın Mosul şəhərini ələ keçirdikdən sonra xəlifəlik elan edən “İraq Şam İslam Dövləti”nin rəhbəri Əbubəkr əl-Bağdadi indi də Küveyti işğal etmə niyyətini açıqlayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “bizim Amerika ilə haqq-hesabımız var” deyən “xəlifə” bildirib ki, Küveytin işğalı məhz ABŞ-la hərbi toqquşma üçün gərəklidir.

“Biz Amerikaya gedə bilmərik. Amma Amerika bizə gələ bilir. Bu iş Küveytin ələ keçirilməsi ilə olacaq. Amerika ordusu ora gələcək və biz də onunla savaşaraq intiqamımızı alacağıq.

Məlumatın yayılmasından sonra Küveytin “İŞİD”i dəstəkləyən sosial mediya şəbəkələrində ciddi təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, 1991-ci ildə keçmiş İraq lideri Səddam Hüseyn Küveyti işğal etmişdi. “Körfəz  müharibəsi” nəticəsində ABŞ və müttəfiqləri hərbi əməliyyat keçirərək bu ölkəni İraq ordusundan təmizləmiş və ciddi sanksiyalar tətbiq etmişdi.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi