Modern.az

Erməni hakerlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin saytını dağıdıblar

Erməni hakerlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin saytını dağıdıblar

7 Avqust 2014, 11:54

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  rəsmi  saytı erməni hakerləri tərəfindən bu gün saat 09.30-da hücum olunub. Bu müdaxilə saytda bütün yüklənmiş məlumatların (cəmiyyətin siyasəti, hüquqi bazası, razılaşmaları, sərhədyanı bölmələrdə olan fəaliyyətlər ) silinməsi və tam yox olması ilə nəticələnib.
Bu barədə Modern.az saytına Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətindən məlumat veriblər.

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti yaranmış vəziyyətdən narahat olduğu halda səhifənin bərpa olunması üzərində təcili olaraq işləyir. AzQAC Azərbaycan Respublikası Rabitə və  Yüksək  Texnologiyalar Nazirliyinin müvafiq şöbəsi ilə əlaqə saxlayıb, bu problemin aradan qaldırılması üçün köməklik edilməsini xahiş edib.

Rabitə və  Yüksək  Texnologiyalar Nazirliyinin mütəxəssislərinin köməkliyi ilə problem aradan qaldırılıb. Hazırda sayt fəaliyyətini bərpa edib.

Bu bir daha sübut edir ki, Erməni tərəfi humanitar dəyərlərə məhəl qoymur və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına qarşı hörmətsizlik edir. Humanitar fəaliyyətlə məşğul olan bir təşkilatın rəsmi saytına hücüm etmək bunu deməyə əsas verir.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu