Modern.az

Binəqədidə sakinlər karxanadan şikayət edir – FOTOLAR

Binəqədidə sakinlər karxanadan şikayət edir – FOTOLAR

7 Avqust 2014, 12:27

  

Modern.az xəbər verir ki, Binəqədi kəndindəki Gülüstan 17-də yaşayan sakinlər ərazidəki daş karxananın fəaliyyətindən şikayət edib. Onlar deyir ki, 6 ildir bu ərazidə yaşayırlar və yaşadıqları əraziyə yolu, asfaltı özləri düzəldiblər. Lakin indi daş karxananın fəaliyyəti onların düzəltdikləri şəraiti korlayır.

“Əvvəllər də daş karxana var idi. Lakin belə aktiv fəaliyyət göstərmirdi. Son  2 ildir dayanmadan işləyir. Karxanadan sarı toz gəlir. Küçəmizdəki ailələrdən 6 nəfər tozdan allergiya olub. Dəfələrlə Binəqədi rayon İcra Hakimiyyətinə və kənd bələdiyyəsinə müraciət etmişik, lakin nəticəsi olmayıb. Sanitar-tibbi Xidmət 1 ay karxananı bağladı, amma sonra o, yenidən fəaliyyətə başladı”.

Sakinin sözlərinə görə, bələdiyyə onların düzəltdikləri asfalta daş tökür. Bununla yanaşı, onlara yollarını genişləndirmək üçün şərait yaratmırlar. “Burdakı əhali fövqəladə hallar yaşananda yolların dar olmasına görə köməksiz qala biləcəklərindən narahatdır. Küçənin eni 2-3 metrdir. Halbuki bu geniş olmalıdır”.

 

 

  Məltəm Talıbzadə  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu