Daxili İşlər Nazilriyi dənizdə boğulan 5 uşaqla bağlı rəmi xəbər yayıb. Modern.az-ın məlumatına görə, DİN-in mətbuat xidməti bildirib ki, avqustun 6-da Xəzər rayonu Şimal Dres qəsəbəsinin çimərliyində qəsəbə sakinləri Aydan Fərziyeva, qardaşı Hüseyn, Kəmalə Əliyeva, qardaşları Elgün və Fariz çimərkən suda boğulublar.
A.Fərziyevanın, H.Fərziyevin və E.Əliyevin meyitləri sudan çıxarılıb, digərlərinin meyitlərinin tapılması istiqamətində tədbirlər davam etdirilir.
Modern.az