“2014-2015-ci tədris ilində Azərbaycan universitetlərinin Jurnalistika fakültələrində ümumilikdə 47 nəfər təhsil alacaq”.
Bunu Modern.az saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bildiriblər.
Qeyd edilib ki, həmin gənclərdən 26-sı dövlət sifarişi, 21-i isə ödənişli əsaslarla təhsil alacaq. Jurnalistika fakültələrinə qəbul olunanlar aşağıdakı kimi bölünür:
Bakı Dövlət Universiteti – 40 nəfər
Azərbaycan Dillər Universiteti – 4 nəfər
Bakı Slavyan Universiteti – 2 nəfər
Naxçıvan Dövlət Universiteti- 1 nəfər
Jurnalistika fakültəsinə qəbul olanlardan 41 azərbaycan, 6-sı rus bölməsinin payına düşür
Rüfanə GÜNƏŞ