Modern.az

TQDK: “Jurnalistikanın boş qalan yerlərinə qəbul aparılmayacaq”

TQDK: “Jurnalistikanın boş qalan yerlərinə qəbul aparılmayacaq”

7 Avqust 2014, 13:12

“Yazı işlərinin yoxlanması müəyyən vaxt tələb edirdi və həmin nəticələr elan olunduqdan sonra məqbul qiyməti alanlar öz ərizələrində həmin  ixtisası qeyd etmək hüququ qazanıblar. Hər bir abituriyentin test imtahanı nəticələrini öyrəndikdən sonra ixtisas seçimini dəqiqləşdirmək üçün kifayət qədər vaxtı var idi, ixtisas seçimi prosedurunu internetlə yerinə yetirmək üçün isə cəmi bir neçə dəqiqə vaxt sərf etmək lazım gəlir. Nəzərə alsaq ki, jurnalistikaya qabiliyyət imtahanı nəticəsində “məqbul” qiyməti alanların hamısı ixtisas seçimi etmişdilər. Ona görə də bu məsələdə hər hansı problem yoxdur”.

Bunu Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Qeyd edək ki, jurnalistikaya qəbul olmaq istəyənlər iyulun 31-də qabiliyyət imtahanı verib və onlar ixtisas seçimi etməyə avqustun 1-dən etibarən başlayıblar. Digər ixtisasları seçənlər isə iyulun 24-dən başlayaraq ixtisas seçimi edə bilərdilər. Jurnalistika qabiliyyət imtahanından cəmi 51 nəfər “məqbul” qiymət alıb. Bu isə o deməkdir ki, ali məktəblərdəki jurnalistika fakültələrinin əksəriyyəti boş qalacaq. E. Nağızadənin sözlərinə görə, həmin yerlərin doldurulması üçün yenidən imtahan götürüləcəyi nəzərdə tutulmur: “Yenidən imtahan olacağı nəzərdə tutulmur. Həmin yerlər boş qalacaq”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu