Modern.az

Saakaşvilinin məhkəməsinin vaxtı açıqlandı

Saakaşvilinin məhkəməsinin vaxtı açıqlandı

7 Avqust 2014, 13:10

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə açılan cinayət işi ilə bağlı məhkəmə prosesi sentyabrın 22-də Tbilisi şəhər məhkəməsində başlayacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu hazırlıq prosesinə hakimlik edəcək Georgi Qoqinaşvili deyib. Qeyd edək ki, Tbilisi şəhər məhkəməsi avqustun 2-də Mixail Saakaşvilinin qiyabi həbs olunması haqda qərar çıxarıb. Keçmiş prezident yeni dövlət başçısının inauqurasiyasından sonra ötən ilin sonlarında ölkəni tərk edib. O, güc tətbiqi, yaxud silah tətbiq etməklə səlahiyyət həddini aşmaqda təqsirkar bilinir.

Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani Saakaşvili barəsində beynəlxalq axtarış elan ediləcəyini də istisna etməyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu