Modern.az

Küləkli hava həftə sonunadək davam edəcək

Küləkli hava  həftə sonunadək davam edəcək

7 Avqust 2014, 14:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 31-36 dərəcə  isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 08-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə şimal və qərb bölgəsinin bəzi dağlıq ərazilərində şimşək çaxacağı, lokal qısamüdətli az yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Həftənin sonunadək Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti isti temperatur diskomfortu  fonunda müsbət amildir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu