Modern.az

Türkiyədən daha bir sərt təpki: “Bunu açıq döyüş çağırışı kimi qəbul edəcəyik”

Türkiyədən daha bir sərt təpki: “Bunu açıq döyüş çağırışı kimi qəbul edəcəyik”

7 Avqust 2014, 14:38


“Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələri böyük narahatlıq hissi və diqqətlə izləyirik. Ermənistan cəbhədə qarşıdurmanın dayanması üçün işğal altıda saxladığı Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz formada geri çəkilməlidir”.

Bu sözləri Editor.az-a açıqlamasında Türkiyə Gənclik və İdman Konfederasiyasının sədr müavini Alpay Gürel deyib. Onun sözlərinə görə, bu gün Ermənistanın işğal altında saxladığı bölgələr BMT tərəfindən danınan tarixi Azərbaycan torpaqlarıdır: “İşğal altındakı Azərbaycan torpaqları erməni təcavüzündən xilas olana qədər bu mübarizə davam edəcək. Türk Gəncliyi bu məsələdə Azərbaycan Dövlətinin qəbul edəcəyini və atacağı bütün addımları birmənalı şəkildə dəstəkləyəcək. Son günlər cəbhədə yaşanan hadisələr genişlənəcəyi təqdirdə Türk Gəncliyi bunu özünə ünvanlanmış açıq döyüş çağırışı kimi qəbul edəcək. Türk Gəncliyi bu məsələdə üzərinə düşən tarixi məsuliyyəti yerinə yetirmək üçün bütün lazımı addımları atacaq. Azərbaycan torpaqlarının bütünlüyü Türk Gəncliyi üçün müzakirəyə açıq məsələ deyil. Çünki bizim ürəyimiz Azərbaycan Bayrağı ilə birgə döyünməkdədir. Türk Gəncliyi üçün Azərbaycan torpağı bölünməzdir və bunun üçün lazım olan bütün addımlar atılacaq”.

Qeyd edək ki, Türkiyə Gənclik və Spor Konfederasiyası Türkiyənin ən böyük gənclik qurumlarındandır və qurumun tərkibində onlarla gənclər təşkilatı birləşir.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu