Modern.az

“Ulduz” şokolad fabriki iki beynəlxalq sərgidə Azərbaycanı təmsil edəcək

“Ulduz” şokolad fabriki iki beynəlxalq sərgidə Azərbaycanı təmsil edəcək

7 Avqust 2014, 15:09


Sentyabrın 15-18 tarixlərində “Ulduz” şokolad və karamel fabriki iki beynəlxalq qida sərgisində iştirak edəcək. Moskvada keçiriləcək “World Food Moscow 2014” və Tehran şəhərində keçiriləcək “13th Iran International Confectionery Fair” sərgilərində “Ulduz” şokolad və karamel fabriki ölkəmizi keyfiyyətli və müxtəlif çeşidli məhsuları ilə təmsil edəcək.

Hər iki sərgi qida ticarəti sahəsində milli brendlərin yayılması və qarşılıqlı biznes əlaqələrinin qurulmasında mühüm rol oynayan əsas beynəlxalq sərgilərdəndir. Qeyd edək ki, Avropanın ən qabaqcıl avadanlıqları ilə təchiz edilmiş “Ulduz” şokolad və karamel fabrikində istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq hər il Almaniya, Rusiya, BƏƏ-də keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU