Ermənistan prezidenti Serj Sərkisyan avqustun 8-də Soçiyə işgüzar səfərə yollanacaq. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, Sərkisyan avqustun 9-da Rusiyanın dövlət başçısı Vladimir Putiunlə görüşəcək. Məlumatda qeyd edilir ki, erməni tərəfi səfər zamanı Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının, eləcə də son zamanlar cəbhə xəttindəki gərginliyin müzakirəsi üçün üçtərəfli görüşünə hazır olduğunu bəyan edib. Erməni tərəfi növbəti dəfə əmindir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin də Soçiyə səfəri nəzərdə tutulub.
Modern.az