Modern.az

Gəncə Dövlət Universitetində yeni texnologiya

Gəncə Dövlət Universitetində yeni texnologiya

İqtisadiyyat

7 Avqust 2014, 17:35


Dünya tərəqqisinin indiki durumunda bütün sahələrin inkişafını yalnız intellektin, daha doğrusu elmin və təhsilin inkişaf səviyyəsi müəyyənləşdirir. Xalqımızın hərtərəfli inkişaf konsepsiyasını dünya standartları səviyyəsində dəqiqləşdirən Prezident İlham Əliyev ölkəmizin iqtisadi potensialını intellekt kapitalına çevirmək istiqamətində  taleyüklü addımlar atmaqdadır. Azərbaycanın vüsətli soail-siyasi və iqtisadi tərəqqisində təhsilin rolu misilsizdir. Şərq ənənləri ilə bərabər, yeni Avropa təhsil metodlarından, Boloniya sistemindən istifadə milli təhsilimizi qloballaşma dövrünün tələbləri ilə uzlaşdırmağa imkan verir. Yeni texnologiyaların tətbiqi isə müasir Azərbaycan təhsilinin intellektual səviyyəsini və inteqrasiya imkanlarını artırır. Ölkəmizdə təhsil sistemi üçün sosial-iqtisadi bazanın yaradılması təhsil strategiyasında əsaslı şəkildə ortaya qoyulmuşdur.

Dünya səviyyəsində iqtisadi rəqabət aparan, dünya siyasətinə təsir imkanlarına malik olan Azərbaycanın strateji təminatını verəcək təhsilin  yeni sistemə ciddi ehtiyacı gündəmdə durur. Bu ehtiyacın peşəkarlıqla yerinə yetirilməsində Gəncə Dövlət Universitetinin (GDU) də xüsusi payı var. Universitetin Tələbə Həmkarlar Təşkilatının sədri Pərviz Adıgözəlov Modern.az-a açıqlamasında bildirib ki, professor Yusif Yusibov GDU-ya rektor təyin olunduğu ilk gündən etibarən, bu təhsil ocağının hər tərəfli inkişafı üçün uğurlu işlər görmüş və görməkdədir.

“Sevindirici haldır ki, Universitetin sahib olduğu dörd korpusda müəllim və tələbələr artıq güclü internet xidmətindən istifadə edə biləcəklər. Bu korpuslarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Aztelekom tərəfindən ”Fiber optic kabel”in çəkilişi uğurla başa çatdırılıb” deyən Pərviz Adıgözəlov sözlərinə görə, bu yaxınlarda Universitetin kollektivinə yeni bir sevinc bəxş ediləcək. Belə ki, yeni atılacaq ən mühüm addım “Elektron universitet” layihəsi ilə bağlıdır: “Universitetimizin təhsil və inzibati işlərinin avtomatlaşdırılmış sisteminin yaradılması nəzərdə tutulub ki, Cənubi Koreyanın beynəlxalq əməkdaşlıq təşkilatı olan “KOİCA” bu uğurlu işin tezliklə həyata keşirilməsi sahəsində yardımçı olmağı öz üzərinə götürüb. Artıq ilkin hazırlıq mərhələsi başa çatmış, optik kabel çəkilmiş, server otağı hazır vəziyyətdədir”.

Pərviz Adıgözəlov həmçinin bildirib ki, yaxın zamanlarda GDU-da “Koreya mərkəzi” yaradılacaq ki, bunun nəticəsində də tələbələr koreya dilini öyrənmək üçün gözəl imkan əldə edəcəklər.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım