Modern.az

Xocavəndin icra başçısı: “Şəhidlərimiz cəmiyyətdə oyanış yaratdılar”

Xocavəndin icra başçısı: “Şəhidlərimiz cəmiyyətdə oyanış yaratdılar”

8 Avqust 2014, 08:44

Xocavəndli şəhid Sənan Şöhrət oğlu Quliyevin hüzr mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov  vurğulayıb ki, bütün xocavəndlilər Qarabağ müharibəsində çox fəal iştirak ediblər.

Modern.az-ın cəbhəyə ezam olunmuş əməkdaşının məlumatına görə, E.Hüseynov Xocavənd əhalisinin qəhrəmanlığından danışıb:

”Demək olar ki, müharibədə iştirak etməyən elə bir xocavəndli ailəsi yoxdur. Bizim əhali 1992-ci ilin 14-17 fevral tarixlərində ermənilərin Qarabağda terror aktları keçirən ən təşkilatlanmış qoşunlarına qarşı qəhrəmancasına döyüşüb. Lakin sonda 114 nəfər ermənilərə əsir və girov düşüb. Onlardan 55 nəfər qəddarcasına qətlə yetirilib. Şəhid Sənan Quliyevin babası Əlqəmə Quliyev də həmin döyüşlərdə fəal iştirak edib. Onun oğlu, qardaşları və qohumlarının çoxu həmin döyüşlərdə şəhid olub.
Bu kişi 75 yaşı olmasına baxmayaraq indi də əlinə silah alıb düşmənə qarşı döyüşməyə hazırdır. Sənanın 1 övladı var, biri də bu yaxınlarda dünyaya gələcək inşAllah. Bu torpaqların hər qarışı bizim qəhrəman övladlarımızın qanı ilə suvarılıb. Çox təəssüf ki, cəbhədəki son hadisələrlə bağlı döyüşlərdə olmayan, ordu haqqında heç bir təsəvvürü olmayan, səngər görməyən, bir dəfə də olsun cəbhəyə gəlməyən insanlar elə yanlış məlumatlarlar yayırlar ki, əhali arasında qeyri-normal atmosfer yaradırlar.
Düşünürəm ki, KİV nümayəndələri, vətəndaş cəmiyyətinin nümayəndələri cəbhə bölgəsinə tez-tez gəlib burdakı vəziyyətlə tanış olub reallığı görməlidirlər və düzgün informasiyanı cəmiyyətə çatdırmalıdırlar”.

E.Hüseynov deyib ki, son zamanlar Azərbaycan ordusunda daha yaxşı dəyişikliklər və bunun da nəticəsində böyük inkişaf var.

”Hazırda ordumuz işğal altındakı torpaqlarımızı azad etmək iqtidarında və qətiyyətindədir. İnanıram ki, tezliklə torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandan tərəfindən əmr veriləcək. Bu həm də xalqın istəyidir. Biz son günlər bir neçə şəhidimizin yas mərasimində iştirak etmişik. Gördüyümüz mənzərə budur ki, heç bir şəhid ailəsi övladının şəhidliyi üçün az da olsa, təəssüf hissi keçirmir. Hamı arxayın olsun ki, itkilərimizin hər birinin əvəzi 5-10 qat çıxılır. Bizim şəhidlərimizin ruhu onda şad olacaq ki, bütün torpaqlarımız ermənilərdən təmizlənəcək. Biz çalışmalıyıq ki, onların uğrunda şəhid olduqları məqsədləri həyata keçirək. Üçrəngli bayrağınızı Qarabağın bütün şəhərlərində sancaq.
Bəzən Qarabağdan elə danışırlar ki, elə bil bura Hondurasdır. Qarabağ bizimdir, bu səngərlər bizimdir, orada dayanan səngərlər bizimdir. Bizim ziyalı insanların, mətbuatın, sıravi vətəndaşların bunu bilməməsi ayıbdır. Ona görə də belə tədbirlər çox olmalıdır ki, insanlar ordumuz və torpaqlarımız haqqında daha çox maariflənsinlər. Qəhrəman oğullarımız şəhid olmaqla vətəni bizə sevdiriblər. 20 mindən çox şəhidimiz var, biz Vətənimizi sevəək onun uğrunda döyüş istəyirik. Son günlər cəbhədə şəhid olan əsgərlərimiz cəmiyyətdə oyanış yaratdılar. Şəhidlərimizin ən böyük xidmətlərindən biri də bu oldu”.

 

Modern.az 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu