Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanı qəbul edib.
Modern.az xəbər verir ki, D.Hoqan Azərbaycandakı tarixi tolerantlıq mühitini yüksək dəyərləndirərək bildirib ki, bu sahədə ölkəsi ikitərəfli əməkdaşlığa hazırdır. Azərbaycanda dövlət-din münasibətləri, dini durum və tolerantlıq mühitindən danışan M.Qurbanlı sözügedən sahədə Dövlət Komitəsinin ikitərəfli əməkdaşlığa hazır olduğunu qeyd edib.