Modern.az

66 yaşı tamam olan Rasim Balayev: “Gözləyirik də...”

66 yaşı tamam olan Rasim Balayev: “Gözləyirik də...”

8 Avqust 2014, 11:43

Bu gün Azərbaycanın xalq artisti, kinoaktyor Rasim Balayevin 66 yaşı tamam olur. Azərbaycan kino tarixində 60-dan çox filmə çəkilən və əsas obrazları canlandıran aktyor bu gün hələ də özünəuyğun rol təklifini gözləyir.

Modern. az saytı doğum gününü qeyd edən xalq artistinin təəssüratını və yaradıcı planlarını öyrənib:

“Təbrikinizə görə sağ olun. Hamınıza təşəkkür edirəm. Təəssürat deyəndə nə deyə bilərəm ki.. Özü də yuvarlaq rəqəmdir. Yaradıcı planlara gələndə isə bizdə plan olmur. Gözləyirik də... Bizə görə nəsə olsa çəkilərik”.

R.Balayev səhhətinin hazırda normal olduğunu qeyd edib.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi