Modern.az

Ermənilər Yerevanda müharibə əleyhinə yürüş keçirib

Ermənilər Yerevanda müharibə əleyhinə yürüş keçirib

8 Avqust 2014, 12:49

Bugün Ermənistanın paytaxtı Yerevanın Respublika meydanından Azadlıq meydanına doğru yürüş keçirilib. Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, aksiya iştirakçıları son günlərdə Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən insidentlərə etiraz olaraq, bu addımı atıblar.
Əllərində Ermənistan və Avropa Birliyinin bayraqları olan yürüş iştirakçıları “Sülməramlılar tərəfləri silahlandırmamalıdır!”, “Müharibəyə yox!” və “Bu bizim müharibə deyil, iqtidarların müharibəsidir!” kimi şüarlardan istifadə ediblər. Ermənistanın bir sıra ictimai xadimlərinin təşkilartçılığı ilə keçirilən küçə yürüşü Rusiya səfirliyinin qarşısında başa çatıb.

Vüqar İsmayılov  
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu