Modern.az

Məleykə Abbaszadə jurnalistika barədə: “Bizə kəmiyyət yox, keyfiyyət lazımdır”

Məleykə Abbaszadə jurnalistika barədə: “Bizə kəmiyyət yox, keyfiyyət lazımdır”

8 Avqust 2014, 12:55

“Jurnalistikanın qabiliyyət imtahanını mütəxəssislər yoxlayıblar. Onların içərisində təkcə jurnalistlər yox, Azərbaycan dili mütəxəssisləri də olub və nəticələrdən heç bir şübhə ola bilməz. Əgər 47 jurnalistin hamısı 4 il sonra jurnalist olsa, siz işsiz qala bilərsiniz. Biz illərdir jurnalistikaya qəbulun qabiliyyət imtahanı ilə aparılmasını mütəxəssislərlə müzakirə edirik. Hətta mütəxəssislər dedilər ki, kəmiyyət az olsun, amma keyfiyyət yüksək olsun, bizə kəmiyyət yox, keyfiyyət lazımdır”.

Modern.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Bu il jurnalistika üzrə keçid balının 351-369 olduğunu deyən TQDK sədri bildirib: “Bu qaydalar təkmilləşdiriləcək və biz Mətbuat Şurası ilə birgə işləyəcəyik, onların təkliflərini nəzərə alacağıq. Gələn il qaydalarda müvafiq dəyişikliklər etməyə hazırıq”. 

M. Abbaszadə deyib ki, jurnalistikaya qəbul üzrə keçirilən yazı müsabiqəsinə buraxılan 400-dən çox abituriyentin yalnız 150-si imtahana gəlib: “Çünki yüksək bal toplayan uşaqlar öz seçimlərini etdilər və fikirlərini dəyişərək, daha yüksək yerlərə qəbul olmağı seçdilər. Onların qəbul olmaq istədikləri fakültə jurnalistika deyildi. Deməli, onların müsabiqədə yazdıqları yazıları da səmimi deyildi”.

Rüfanə Günəş

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu