Modern.az

Erməni əsgərlər “Atəşi dayandırın!” deyə Azərbaycan Ordusuna yalvarırmışlar - Cəbhədən XƏBƏR

Erməni əsgərlər “Atəşi dayandırın!” deyə Azərbaycan Ordusuna yalvarırmışlar - Cəbhədən XƏBƏR

Ölkə

8 Avqust 2014, 13:05


Müdafiə Nazirliliyinin təşkilatçlığı ilə jurnalistlərin cəbhə xəttində görüşləri davam edir. Modern.az-ın Qarabağ bölgəsinə ezam olunmuş əməkdaşı bildirir ki, onlar dünən Beyləqan, Fizuli və Xocavənd bölgəsində olublar.

Hazırda isə Ağdamın cəbhə bölgəsindədirlər. Jurnalistlər əvvəlcə hospitalda olublar, daha sonra “N” saylı hərbi hissədə hərbçilərlə görüşüblər. KİV işçilərinə məlumat verilib ki, bu, vaxtilə Azərbaycanda açılmış ilk hospitaldır. Hospital hazırda bütün tibbi standartlara cavab verir. Burada 12 nəfər eyni vaxtda  reanimasiyaya qəbul oluna bilər, həttda 6 xəstə üzərində eyni zamanda cərahiyyə əməliyyatı aparmaq mümkündür. Həkimlər isə xaricdə təcrübə keçib, ixtisaslaşıblar. Hospitalda jurnalistlərə məlum olub ki, hazırda orada heç bir yaralı yoxdur.

Həmkarlarımız daha sonra cəbhə bölgəsində düşmənlə təmas xəttinə yaxın səngərlərə gediblər. “ N” saylı postda hərbçilər jurnalistlərə məlumat veriblər ki, ötən ayın 26-dan başlayaraq cəbhə xəttində atəşkəs ciddi şəkildə pozulur, düşmən də layiqli cavabını alır. Əsgərlər deyiblər ki, son günlər ölkənin müxtəlif regionlarından ön cəbhəyə gələn könüllülər döyüşlərə atılmağı arzu etdiklərini bildiriblər. Lakin buradakı komandirlər hələlik könüllülərə ehtiyac olmadığını söyləyiblər.


Jurnalistlərə məlumat verilib ki, Ağdam istiqamətində iyulun 26-dan başlayan canlanma artıq səngiyib. Əsgərlər deyirlər ki, düşmən tərəf yalvarıb, rus dilində “atəşi dayandırın!” kimi sözlər işlədirmişlər.

“İlk vaxtlar -2-3 gün ərzində  onların texnikası cəbhə xəttinə yaxın gəlsə də, sonradan düşmən tərəf çox zəyifləyib”-deyən hərbçilərimiz bildiriblər ki, ermənilərin xeyli texnikası məhv edilib və itkilər veriblər. Bi neçə dəfə diversant qrupunun qarşısı alınıb.

Zabitlərimiz deyib ki, gerçəkdən bu şəkildə ruh yüksəkliyi olacağını  bilmirmişlər. Artıq əhali də ordu ilə bir yerdədir.  Hər an əmr gözləyirlər.

 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi