Modern.az

2 tələbəsi olan fakültə - biri Azərbaycan, biri rus bölməsində

2 tələbəsi olan fakültə - biri Azərbaycan, biri rus bölməsində

Təhsil

8 Avqust 2014, 17:16


“Bu il Jurnalistika fakültəsində oxuyacaq 47 nəfər tələbədən 40-ı Bakı Dövlət Universitetini seçib”. Bunu Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının mətbuat xidmətindən bildiriblər. Daha 2 nəfər Bakı Slavyan Universitetini və 2-si isə Azərbaycan Dillər Universitetini seçib.

Qeyd edək ki, bu ildən etibarən Jurnalsitika fakültəsinə qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçirilib.  Qabiliyyət imtahanından məqbul alan 51 nəfərdən 47-si bu fakültəni seçib. Onlardan 6-sı rus, 41-i Azərbaycan bölməsinin tələbələridir.
Maraqlıdır ki, Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakültəsində 1 və Bakı Slavyan Universitetində 2 tələbəyə dərsi neçə keçəcəklər? Belə çıxır ki, müəllim 1 və 2 tələbənin əyləşdiyi auditoriyaya dərs deməyə daxil olacaq.  

Bakı Dövlət Universiteti – 40 nəfər
Azərbaycan Dillər Universiteti – 4 nəfər
Bakı Slavyan Universiteti – 2 nəfər
Naxçıvan Dövlət Universiteti- 1 nəfər   

Rüfanə GÜNƏŞ           
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu