Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı” (TİKA) Bakı nümayəndəliyinin kordinatoru Mustafa Polad və kordinator müavini İsmayıl Gürleçlə görüşüb.
Görüşdə Şura və TİKA proqramı arasında əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb. Azay Quliyev iki qardaş dövlətin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin getdikcə genişləndiyini və bu sahədə Şura rəhbərliyi tərəfindən bir sıra konkret addımların atıldığını qeyd edib. Şura sədri Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu və nəzərdə tutulan işlərin ümimilikdə vətəndaş cəmiyyətinin inkişafı üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.