Modern.az

Haça-paça...

Haça-paça...

Təhsil

8 Avqust 2014, 22:10


Ermənilərin “Böyük Ermənistan” arzusu nə qədər böyük idisə, məğlubiyyətləri də bir o qədər böyük olacaq. İyrənc əməllərin, mənfur niyyətlərin, çürük ideyaların məntiqli məğlubiyyət sonluğu yavaş-yavaş öz ünvanına çatmaqdadır.

İrəvan əhli yürüş edir. İnsanlar ayağa qalxıb cinayətkar Ermənistan iqtidarına lənətlər yağdıraraq, müharibəyə yox deyir. Problemlər içində boğulan ermənilər kütləvi şəkildə Qarabağ münaqişəsində iştirakdan imtina edirlər.

Aldalınaraq Qarabağa, Xankəndinə məcburi şəkildə köç edilən ermənilər qaçmağa fürsət, məqam axtarırlar. Böyük vədlərin qarşısında tamamilə əks mənzərələri, səfaləti, açlığı, qorxunu görən gəlmələr bu yerləri tərk etmək üçün bütün mümkün olan imkanlardan, variantlardan istifadə edirlər.

Cəbhədə isə vəziyyət gərgindir. Ermənilərin səngərlərdə duruş gətirmə imkanları yavaş-yavaş sıfır şkalasına düşür. Azərbaycan ordusu öz sərrast zərbələri ilə nəyə qadir olduğunu sübuta yetirir. Hər açılan atəş ermənilərə onu xatırladır ki, lazım gələrsə Azərbaycanın sülh siyasəti savaşla da əvəzlənə bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsinə, Ağdama səfəri də bir çox mətləblərə aydınlıq gətirdi. Prezidentin bəyanatları lazımi ünvanlara bir daha mesaj göndərdi ki, Qarabağ münaqişəsindən Azərbaycan üçün təzyiq vasitəsi kimi istifadə etmək olmaz. Soçiyə gedən yolların Ağdamdan kуçdiyini açıq şəkildə göstərən İlham Əliyev bununla Ermənistan prezidenti Serj Sarkisyanla görüçünün giriş hissəsini əvvəlcədən başladı.

Təbii ki, qarşı tərəfin, Serj Sarkisyanın Soçiyə səfəri ilə bağlı tərəddüвləri də başa düşüləndir. Çünki boğulan adamın ümid etdiyi, əl atacağı  çöp də qalmayıb. Şərtlərin sərt, mövqelərin dəyişməz olduğunu dərk edən Sarkisyanı bu görüşdən sonra öz ölkəsində kifayət qədər ciddi problemlər gözləyir. Artıq Ermənistan mətbuatı yerli əhalinin prezidentlərinə hiddətini gizlədə bilmir. Vədlərinin tükəndiyi bir vaxtda Sarkisyanın Qara dəniz sahillərində axıtdığı göz yaşları da ona kömək ola bilməyəcək.

Bir tərəfdən Azərbaycanın, digər tərəfdən də Ermənistanın Sarkisyanı dartıb yerində otuzdurması onu haça-paça vəziyyətinə salacaq. Vay o xalqın halına ki, prezidentlərini haça-paça vəziyyətdə görəcəklər. Axı qafqazlılarda bu poza ən buabırçı vəziyyət sayılır. Yazıqlar olsun...

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu