Modern.az

Təhsil naziri müəllimlərin işə qəbulu ilə bağlı əmr imzaladı

Təhsil naziri müəllimlərin işə qəbulu ilə bağlı əmr imzaladı

Təhsil

9 Avqust 2014, 10:21

Təhsil Nazirliyinin 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə həyata keçirilib. Nəticələrə əsasən, müsabiqədə iştirak etmək üçün ərizə vermiş 17962 nəfərdən 1304-ü vakant müəllim vəzifələrini tutmaq hüququ qazanıb.

Modern.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə əmr imzalayıb. Əmrdə müsabiqənin nəticəsi olaraq boş qalan, yerlərdən daxil olan məlumatlar əsasında yeni yaranmış vakant yerlərin təhlilinin aparılması və müsabiqədə iştirak edib keçid balını toplayan, lakin heç bir yer tutmayanlar üçün cari ilin avqustun 31-dək əlavə yerləşdirmə aparılması tapşırılıb

Misranə Həsənzadə

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu