Türkiyədə 22 iyul əməliyyatı çərçivəsində həbs tələbiylə Cəza Məhkəmsinə aparılan və daha sonra sərbəst buraxılan 38 polisdən 17-si barədə yenidən həbs-qəti imkan tədbiri seçilib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaqı aparan prokurorlarından biri İrfan Fidan, 6 avqustda İstanbul II Ədalət və Cəza Məhkəməsinə etdiyi müraciətdə 38 şübhəli polisin sərbəst buraxılma qərarına etirazını bildirmişdi. Onun etirazına baxan məhkəmə 17 polisi həbs etmək qərarı versə də, digər 21 polisə bu qərarı şamil etməyib.
Qeyd edək ki, 22 iyul əməliyyatı çərçivəsində nəzarətə alınan 75 polisdən, 26-sı prokurorluq sorğularından sonra sərbəst buraxılmış, 49-u isə məhkəməyə aparılmışdı. Hakim İslam Çiçək həbs tələbi ilə məhkəməyə sövq edilən 49 şübhəli polisdən 11-ni həbs etsə də, qalanlarını sərbəst buraxmışdı. Sərbəst qalan 38 adam şübhəli polisdən 17-sinin ifadəsi alınmamışdı.
Rüfanə GÜNƏŞ