Modern.az

Bütün vəzifəli şəxslər, pullu adamlar baxıb mütəvazilik öyrənsinlər

Bütün vəzifəli şəxslər, pullu adamlar baxıb mütəvazilik öyrənsinlər

Təhsil

9 Avqust 2014, 10:43

Şəki Xan Sarayını bir daha gəzdim. 18-ci əsr tipik bir Azərbaycan xanının həyatının nə qədər ibrətamiz olduğunu müşahidə etdim. Saraydakı rəsmlərin böyük əksəriyyəti dünyanın faniliyi barədə xəbərdarlıq xarakterlidir. Yəni xan hər dəfə divarlara, tavana baxdıqca xatırlayır ki, dünya malından özü ilə heç nə apara bilməyəcək.

Təbii ki, bu sarayı xan öz dünyagörüşünə uyğun olaraq sifariş vermişdi. Qənbər Qarabağlı adlı bir memarın yaratdığı bu sənət əsərinin dövlət idarəetməsi üçün hər şeyin praktik olaraq düşünüldüyünü görürük. Xanın hərəmxanası yoxdur, çünki, normal ailə düzəninə sahibdir. Bir xanımı və dörd övladı var, hamısı da bir evdə yaşayırlar. Xanımı da təhsillidir və gələn yabançı qonaqların xanımlarını qəbul edərək, onlarda ölkəsi barədə təsəvvür yaradır.

Ümumiyyətlə Şəki xan sarayına hansısa yolla bütün vəzifəli şəxslərin, imkanlı və pullu adamların gəlib tanış olmasına şərait yaratmaq lazımdır ki, 18-ci əsrin xanından bir az mütəvazilik öyrənsinlər.

Düşünürəm ki, bu cür bir imanlı və müdrik xan obrazını təbliğ etmək əvəzinə, ordan-buradan bir şey çapıb talayan, əyyaşlıqla, imansızlıqla ün qazananları özümüzə qəhrəman kimi qəbul edərək, bu cür mənəvi aşınmaya gəlib çıxmışıq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu