Modern.az

Qarabağ veteranı: “Sonuncu şəhidlərdən 3-ü ailənin tək övladıdır, bu məsələyə baxılmalıdır”

Qarabağ veteranı: “Sonuncu şəhidlərdən 3-ü ailənin tək övladıdır, bu məsələyə baxılmalıdır”

Təhsil

9 Avqust 2014, 11:19


Cəbhədəki gərginlik keçmiş döyüşçülərimizi də ciddi narahat edir. Onlardan biri – Qarabağ Azadlıq (QAT) Təşkilatı Ali Məclisinin üzvü Vaqif Əlisoy hazırkı durumla bağlı narahatlığını Modern.az-la bölüşüb:

“Mənim fikrimcə, bütün bu baş verənlərin yeganə səbəkarı Rusiyadır. Ukraynada uduzmuş, ABŞ və Avropa ölkələri tərəfindən sanksiyalara məruz qalmış ölkə olaraq Azərbaycana meylini gücləndirib. Bununla da Azərbaycan əsgərinin döyüş bacarığını, xalqın müharibə əzmini anlamaq üçün belə fəndlərdən istifadə edir”.

Vaqif Əlisoy keçmiş döyüşçülərin hər zaman döyüşə hazır olduğunu vurğulayır:

“18 yaşlı uşaqların hərbi təcrübəsi düşməni məhv etməyə kifayət etmir. Bizə, keçmiş döyüşçülərə cəbhə xəttinə getməyə şərait yaradılmalıdır. Əsgərlərin yanında olmağımız, öz təcrübələrimizi onlarla bölüşməyimiz olduqca vacibdir. Çünki biz döyüşlər görmüşük, qollarımızda meyitlər daşımışıq.

...Bir dəfə elə oldu ki, bir gündə 32 meyit çıxartdım. Həmin vaxt evə gələndə yoldaşım məni görüb hönkürtü ilə ağladı. Nə olduğunu baş düşmədim. Xanımım ağlayaraq dedi: “Güzgüdə özünə bax”. Baxdım. Bir gecədə saçlarım dümağ olmuşdu. Asan deyildi təbii ki, o qədər meyitlə üz-üzə olmaq... Yaxın qohumunu, qonşunu, dostunun meyitini qollarına almaq...”.

Müharibə veteranı son günlərdə Azərbaycan ordusunun verdiyi şəhidlərlə bağlı narahatlığını dilə gətirdi, eyni zamanda tək övladlı ailələrin oğullarını ön cəbhədə deyil, arxa cəbhədə qulluq etməsi məsələsinə diqqət yetirilməsini təklif etdi:

“Son hadisələrdə şəhid olan oğullardan 3 nəfəri ailənin tək övladıdır. Hesab edirəm ki, bununla bağlı dəyişiklik etməyin vaxti çatıb. Çünki, o ailələrin təsəlli tapacaq başqa övladları yoxdur. Hamısı da kasıb-kusubun uşağıdır”.

“Bir daha deyirəm Prezidentdən əmr gözləyirik!”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu