Ermənistan silahlı qüvvələri mütəmadi olaraq Qazaxın cəbhə boyu ərazilərində yanğın törədir. Modern.az-ın cəbhə bölgəsində olan əməkdaşının verdiyi xəbərə görə, bu barədə məlumatı hərbiçilərimiz bildiriblər.
Artıq üç gündür cəbhə bölgəsində səfərdə olan bir qrup media təmsilçisi bu gün düşmən mövqeyinə yaxın olan Qazaxın Bala Cəfərli kəndində olublar. Onlar öncə düşmən mövqeyi ilə üzbəüz olan səngərdə əsgər və zabitlərimizlə görüşüblər.
Hərbçilər bildiriblər ki, düşmən Qazaxın Bala Cəfərli kəndi ilə Ermənistanın Lələ kəndi arasında olan neytral ərazinin bitki örtüyü, yaşıllıq hissəsini Azərbaycan tərəfinin hərəkətinə nəzarət etmək üçün mütəmadi olaraq yandırır.
Bu yanğınlar Qazaxın düşmənlə yerləşən bütün cəbhə boyu ərazilərində mütəmadi olaraq törədilir.