Modern.az

Qazaxın düşmənlə üzbəüz kəndində su problemi var - Sakinlərdən şikayət

Qazaxın düşmənlə üzbəüz kəndində su problemi var - Sakinlərdən şikayət

Təhsil

9 Avqust 2014, 12:47

Bir qrup jurnalist hazırda Qazax, Tovuz və Gədəbəy rayonlarının ön cəbhəsi ilə yaxın ərazilərində ezamiyyətdədir. Modern.az-ın cəbhə bölgələrinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qazaxın Cəfərli kənd sakinləri susuzluqdan şikayət edirlər. Onlar bildirirlər ki, ümumiyyətlə, bu kənddə artizan quyuları da yoxdur. Hətta sakinlər qeyd ediblər ki, onlar içməli su ilə bağlı da ciddi problemlər yaşayırlar. Sakinlər bu məsələnin həlli üçün lazımı instansiyaların onlara kömək etməsini istəyiblər.
 
Sakinlər mətbuat vasitəsilə “Azərsu” ASC rəhbərliyinə müraciət ediblər. Müraciətdə deyilir: “Sovet dövründə kəndə su xətləri çəkilib. Amma müstəqillik illərindən bu yana kəndə su verilişi dayandrılıb. Biz xahiş edirik ki, kəndə su verilişini bərpa edəsiniz”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu