Hazırda Rusiyada səfərdə olan Azərbaycan və Ermənistan prezidentləri sabah Rusiya dövlət başçısının iştirakı ilə görüşəcəklər. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Twitter səhifəsində bildirib.
"Artıq Soçidəyik. Bu gün Azərbaycan və Rusiya prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər".
N.Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedəcək.
PA rəsmisinin sözlərinə görə, danışıqlarda irəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqe tutmasından asılı olacaq.
Xatırladaq ki, İlham Əliyevlə Serj Sərkisyanın budəfəki görüşü Vladimir Putinin təşəbbüsü ilə keçirilir. ATƏT-in Minsk qrupunun həmsdərləri öncədən bu görüşə qatılmayacaqlarını bəyan ediblər.
Modern.az