Bir qrup jurnalist hazırda Qazaxın sərhədyanı bölgələrindədir. Modern.az-ın Qazaxın Cəfərli kəndində olan əməkdaşı xəbər verir ki, bu kənddəki insanlar artıq ciddi şəkildə mediadan şikayətlərini bildirdilər. Sakinlər qeyd etdilər ki, bu günə qədər də bir insan öz yerini tərk etmir. Hamı öz yerində yaşayır, həyat tam olaraq davam edir. Buna baxmayaraq, mediada hər gün mütəmadi olaraq yanlış məlumatlar gedir.
Kənd sakinləri qeyd edib ki, “biz öz yerimizdə olmağımıza baxmayaraq insanlar arasında belə məlumatlar çaşqınlıq yaradır. Bu təxribatın nəticəsi olaraq ciddi problemlərlə üzləşə bilərik. Hətta məlumatı yayan bəzi ünsürləri tapıb tənbeh etmişik. Amma belə ünsürlərin ciddi, hüququ şəkildə cəzalandırılması dövlətin işidir”.
Modern.az