Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun 8-də İmişli rayonunun Qaralar kəndində ailə-məişət zəminində bıçaqlanma hadisəsi törədilib. Əvvəllər məhkum olunmuş Etibar Məmmədov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində anası Gövhərə və qardaşı arvadı Tünzaləyə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib.