Modern.az

“Əsgərlərimizi müalicəyə götürən Türkiyə dünyaya mesaj verdi”

“Əsgərlərimizi müalicəyə götürən Türkiyə dünyaya mesaj verdi”

Təhsil

9 Avqust 2014, 14:34



“Azərbaycanın yaralı əsgərlərinin müalicə üçün Türkiyəyə aparılması bütün dünyaya, xüsusilə də hər iki ölkəyə qarşı mürtəce siyasət yürüdən Ermənistan və onun havadarlarına bir mesajdır”.
Bunu Modern.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Millət vəkili bu hadisənin dostluğun, qardaşlığın göstəricisi olduğunu vurğulayıb:

“Türkiyə hər zaman Azərbaycanın yanında olub. Azərbaycan da “Türkiyə yoxsa,  mən varam!” deyib. Bu gün Türkiyə baş nazirinin göstərişi ilə 3 yaralı əsgərimiz müalicəyə göndərildi. Əsgərlərimizin əhval- ruhiyyəsi çox yüksəkdir. Onlar özləri də dedilər ki, sağalandan sonra yenidən cəbhə bölgəsinə qayıdıb, düşməndən qisaslarını alacaqlar ”.  

Gülşən RAUFQIZI
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu