Modern.az

Erməni nazirlər və deputatlar gecəni Azərbaycanla döyüş postunda keçirəcəklər

Erməni nazirlər və deputatlar gecəni Azərbaycanla döyüş postunda keçirəcəklər

Təhsil

9 Avqust 2014, 15:23


Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan bu gecəni işğal etdikləri Dağlıq Qarabağda, Azərbaycanla təmas xəttində keçirəcəklər. Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında vertolyotla Xocalı aeroportuna düşən nazirlər buradan Xankəndi şəhərinə gəliblər. Separatçı rejimin rəsmləri ilə görüşən nazirlər buradan gecəni keçirmək üçün Azərbaycanla sərhəddəki sərhəd postlarından birinə gedəcəklər. Səfər zamanı Ermənistan parlamentinin 7 deputatı da onları müşahidə edəcək.

Qeyd edək ki, iyulun 28-dən cəbhə xəttində yaranmış gərgin situasiya hər iki tərəfin itki verməsi ilə nəticələnib.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu