Müdafiə Nazirliyinin xətti ilə cəbhə bölgəsinə gedən bir qrup jurnalist Tovuz rayonunun icra başçısı Tofiq Zeynalovla da görüşüblər. Modern.az saytının əməkdaşı xəbər verir ki, İcra Hakimiyyətinin başçısı jurnalistlərə son günlər baş verən intensiv atışmalardan sonra rayondakı əhval-ruhiyyə ilə bağlı fikirlərini bildirib. O deyib ki Tovuz əhalisi hər zaman ordumuzun yanındadır. "Biz ordumuza inanırıq və hər zaman onların yanındayıq".
Tofiq Zeynalov həmçinin bildirib ki, düşmən tərəfini layiqli qiymətləndirmək üçün ordumuzda cəmiyyətimizdə savadlı kadrlara ehtiyac var. Bunun üçün dövlətin müvafiq qurumları tərəfindən lazımi tədbirlər görülür və görülməkdədir.
"Biz inanırıq ki qələbə bizimdir və yaxın zamanda torpaqlarımızı işğaldan azad edəcəyik”.
İcra başçısı sonda sözlərinə əlavə edib ki, cəmiyyətdə ordumuz dövlətimiz haqda qeyri-dəqiq informasiyalar var.
KİV və ya cəmiyyətin digəq üzvləri özləri buna etiraz bildirməlidir. “Onların dövlətin maraqlarına uyğun fəaliyyət göstərmələrini tələb edirik”-deyə T.Zeynalov qeyd edib.
Modern.az