Soçidə Rusiya və Ermənistan prezidentləri Vladimir Putinlə Serj Sərkisyan arasında görüş keçirilib. Modern.az-ın məlumatına görə, görüşdə Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması perspektivləri və Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Rusiya KİV-ləri xəbər verir ki, V. Putin hazırda Ermənistanın Arasiya İttifaqına daxil olmasına hazırlıq prosesinin getdiyini bildirib.
S.Sarkisyan isə son günlər Dağlıq Qarabağda vəziyyətin gərguinləşməsindən danışaraq, Azərbaycandan şikayətlənib.
Modern.az