Modern.az

Erməni ordusunda başıpozuqluq - döyüş növbətçiliyinə mülki şəxslər də cəlb edilir

Erməni ordusunda başıpozuqluq - döyüş növbətçiliyinə mülki şəxslər də cəlb edilir

Təhsil

9 Avqust 2014, 21:47

Cəbhə bölgəsinə gedən jurnalistlər Tovuz rayonunda sərhəd kəndlərindəki vəziyyətlə tanış olublar. Modern.az-ın bölgədəki əməkdakı xəbər verir ki, Tovuzdakı “N” saylı hərbi hissənin qərargah rəisi Ermənistan ordusundakı başıpozuqluq barədə məlumat verib. O, bildirib ki, eməni silahlı birləşmələrinin şəxsi heyəti arasında döyüş novbətçiliyi çəkmək üçün hərbçilər çatışmadığından döyüş növbətçiliyinə yerli əhali cəlb olunur.

Verilən məlumatlara görə, həmin şəxslərə bunun müqabilində müəyyən muzd ödənilir. Muzdun məbləğinin təxminən 150 dollar civarında olduğu ehtimal edilir.

Azərbaycan Ordusunun zabiti onu da bildirib ki, qarşı tərəfdən mövqelərimiz gündüz saatlarında ara-sıra, gecələr isə intensiv şəkildə kiçik və iriçaplı silahlardan atəşə tutulur. Xüsusən də Tovuzun Əlibəyli kəndindəki mövqelərimiz atəşə məruz qalır. Düşmənə layiqincə cavab verilir, onların texnikası və şəxsi heyəti məhv edilir.

Qərargah rəisi vurğulayıb ki, şəxsi heyət bir addım da geri çəkilmək fikrində deyil.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu