Bu gün, avqustun 10-da Türkiyədə ilk dəfə ümumxalq səsverməsi yolu ilə prezident seçkiləri keçirilir.
Modern.az saytı xəbər verir ki, Türkiyə Cümhuriyyəti Ali Seçki Komissiyasının məlumatına görə, ölkədə 52 milyon 894 min 15 nəfər seçici var. Səsvermə ümumilikdə 165 min 108 seçki mǝntǝqǝsini əhatə edəcək.
Seçkilərin ilkin nəticəsi avqustun 15-də elan olunacaq. Əgər namizədlərdən heç biri ilk mərhələdə 51 faiz səs toplamasa, səsvermənin ikinci turu avqustun 24-də keçiriləcək.
Türkiyədə dövlət başçısı seçilmək üçün 3 namizəd – hakim Ədalǝt vǝ İnkişaf partiyasının (AKP) namizǝdi, baş nazir Rǝcǝb Tayyib Ərdoğan, Cümhuriyyǝt Xalq partiyası (CHP) vǝ Millǝtçi Hǝrǝkat partiyasının (MHP) ortaq namizǝdi Ekmǝlǝddin İhsanoğlu vǝ Xalqların Demokratik partiyasının (HDP) namizədi, kürdəsilli deputat Sǝlahaddin Dǝmirtaş yarışacaq.
Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, əgər seçkilərdə qalib gəlsə, konstitusion dəyişikliklər həyata keçirərək icraedici prezidentliyin əsasını qoyacaq, prezidentin səlahiyyətləri genişləndiriləcək. İndiyədək Türkiyədə prezident simvolik dövlət başçısı hesab edilib.
Modern.az